kartric dolum mərkəzi

     Kartriclər bir neçə dəfə doldurulduqdan sonra detalların aşınması səbəbindən solğun və ya ləkəli çıxarır. Çapın keyfiyyətini yüksəltmək üçün yararsız vəziyyətə düşmüş detalları dəyişmək lazımdır. Dəyişilməsi mümkün olan detallar aşağıda qeyd edilmişdir:

  • Baraban (solğun və ləkəli çap zamanı)
  • Maqnitval (solğun və ləkəli çap zamanı)
  • Rezinval (ləkəli çap zamanı)
  • Rakel (ləkəli çap zamanı)
  • Developer (ləkəli çap zamanı)
  • Çiplər (rəngli lazer kartriclərdə hər dolumda dəyişilir)

    Mürəkkəblə işləyən printerlər 1 ay və ya daha uzun müddət istifadə edilmədikdə kartriclər quruyur. Qurumuş kartriclərin açılması ​həmin müddətin uzunluğundan asılıdır. Bəzən isə açmaq mümkün olmur. 

    Qurumuş kartricin bərpa edilməsi hər kartric üçün 7 manatdır.

     Yeni və ya istifadə edilmiş kartriclərin alışı. Şərtlər:

  • Original olmalıdır
  • 1 dəfədən artıq istifadə edilməməlidir (istifadə edilmiş kartricdirsə)
  • Qutu ilə birlikdə gətirilməlidir (istifadə edilmiş kartricdirsə)


MÜRƏKKƏB KARTRİC DOLUMU VƏ SATIŞI

kartriclƏrin tƏmiri

KARTRİCLƏRİN ALIŞI

    Əgər Epson printeriniz şəkildə göstərilən xəta mesajlarından (error) birini göstərirsə deməli printerdə çirkli mürəkkəbin atılması üçün ayrılmış bölmə dolub. Bu halda printer sıfırlanmalı (reset) və  çirkli mürəkkəbin atılması üçün ayrılmış bölmə (waste pad) təmizlənərək yeni süngər (pad) qoyulmalıdır və ya çirkli mürəkkəb xüsusi şlankla printerdən çölə çıxarılaraq toplanması üçün şüşə qoyulmalıdır.

    Sıfırlamanın qiyməti 20 manatdır.


qurumuş kartriclərin bərpası

LAZER KARTRIC DOLUMU VƏ SATIŞI​

epson printerlərin reset edilməsi